Saturday, October 5, 2013

deputatlarının bir qrupu hicab haqda narazılıq edib


Təkcə bir sual : NİYƏ???

Qusar rayonunun Düztahir kəndində intihar hadisəsi baş verib.
iyunun 20-də qeydə alınan 1925-ci il təvəllüdlü Nurəddin Sərhəddin oğlu Məhsimov   tövləsində özünü asıb.
Dekabrın 24-də Oğuz rayonunda intihar hadisəsi baş verib.
1989-ci il təvəllüdlü Elsevər Nəsirov özünü öldürüb. O, yaşadığı evin həyətindəki ağacdan özünü asıb.
51 yaşlı Oğuz rayon sakini özünü öldürüb.

Azərbaycanlıların 70 faizi iş tapa bilmir

"Gallup" Mərkəzi 146 ölkədə iş tapmağın asan, yaxud çətin olması ilə bağlı sorğu keçirib. Dünya əhalisinin əksəriyyəti ötən ili iş tapmaq üçün çox pis vaxt kimi dəyərləndirib. İşləmək qabiliyyətində olan əhalinin 57 faizi deyib ki, onların ölkələrində iş tapmaq çətindir. 33 faiz isə iş tapmaq imkanlarının qənaətbəxş olduğunu bildirib.

Daha bir müəmmalı əsgər ölümü

Daha bir əsgərin müəmmalı ölümü ölkə mediasının gündəminizə etdi.Beləki, Göyçay hərbi komissarlığından Qazax N saylı hərbi hissədə qulluğa çağırılan rayonun Kürdəmiş kəndinin sakini, 1991-ci il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlu hərbixidmətdən tərxis olunmağa bir ay qalmış dünyasını dəyişib.

EVDƏN QAÇAN QIZLARIN FACİƏSİ - Ümummilli SOS siqnalı!

Bir neçə gün öncə Kürdəmirdə evdən qaçmış 3 qız barədə xəbər demək olar ki, bütün ölkənin gündəminə  çevrilib. Mən şəxsən həmin qızların, onların ailələrinin KİV-də bu qədər çox işaqlandırılmasının əleyhinəyəm.Bəli, çox məyusedici bir hadisədir, amma həmin şəxslərin səhər-axşam TV-də göstərilməsi, adlarının mətbuatda tez-tez hallandırılması müsbət bir şey deyil. O ailələr zatən yaşayacaqları faciəni yaşayıblar, üstəlik onları bütün Azərbaycana tanıtmaq ağrılarına daha çox ağrı qatmaqdan savayı bir şey deyil.

Azərbaycanda daha bir əsgər ölümü

Quba rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Namiq Nasif oğlu Pirməmmədov ölüb.

Korrupsiya ilə mübarizə effektlidirmi?

Azərbaycanda korrupsiya ilə mübarizə də öhdəlikılər sırasına aiddir. Bu məsələ ilə bağlı Prezident Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Bundan başqa Baş Prokuror Yanında da Korrupsiya cinayətlərini araşdıran xüsusi idarə fəaliyyət göstərir. Amma ictimaiyyət Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizədə səmimi olmadığı qənaətindədir. Hökumət bir qayda olaraq aşağı ranqlı məmurların həbsini korrupsiyaya qraşı mübarizənin məntiqi nəticəsi kimi dəyərləndirir.

Wednesday, October 2, 2013

AZƏRBAYCANDA NƏ QƏDƏR YOXSUL VAR?

Azərbaycanda yoxsulluğun səviyyəsi rəsmi rəqəmlərə görə 6 faizdir. Azərbaycanda yoxsulluğun səviyyəsi barədə rəsmi rəqəmlərin “obyektivliyinə” şübhə edən müstəqil iqtisadçılar, bu sahədə alternativ ölçmələrə ehtiyac olduğunu, lakin məlumatlara çıxışları olmadığını bildirirlər.  İqtisadçı ekspert Sabit Bağırov öz açıqlamasında deyib ki, yoxsulluq məhfumu ilə bağlı dünyada müxtəlif yanaşma vardır.

Azərbaycanda kənd təsərrüfat məhsullarının qiyamətləri 13% bahalaşacaq


Sülhməramlı səfirin oğlu, deputat sürücüsü maşınla adam vurub öldürəndə onları tutmurlar, amma...

Yol-nəqliyyat hadisəsi ilə bağlı Səbayel Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. İlkin ehtimala görə, avtoqəza sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi səbəbindən qeydə alınıb.

Ötən il ölkədə işsizlik üzrə müavinət orta hesabla 19 faiz artıb

Ötən ilin yekunlarına görə, ölkədə real işsizlik səviyyəsi 5,2 faizlə qiymətləndirili
2013-cü ilin yanvarında Azərbaycanda işsizliyə görə verilən müavinətin həcmi 2012-ci ilin yanvarın 1-i ilə müqayisədə orta hesabla 19% artaraq 190,4 manatdan 224,1 manata yüksəlib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, cari ilin ilk gününə ölkədə işsiz qismində rəsmi qeydiyyata alınan şəxslərin sayı 36,791 min nəfər olub.

Yalançı statistika diktatorları xilas etmir

Avtoritar rejimlərin devrildiyi ölkələrdə inkişaf  Azərbaycandan xeyli yüksək idi
Amma bütün bunlar azadlıq istəyinin qarşısını ala bilmədi

Ölkə başçısı Ilham Əliyevin Münhendə üzləşdiyi sual hələ də müzakirə mövzusudur. Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransında Almaniya Xarici siyasət və təhlükəsizlik institutunun direktoru Volker Perthes iştirakçılara "öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı” sualını ünvanlayıb.

Biz bu gündən başlayıb sabahı qurmalıyıq

Bu gün məmləkətin problemləri bizi narahat edir. Ölkənin taleyini onun vətəndaşları müəyyən etməlidir. Biz bu gündən başlayıb sabahı qurmalıyıq.

Mənəviyyat, azadlıq və ağıl rəmzi olan yaşıl rəngi

Mənəviyyat, azadlıq və ağıl rəmzi olan yaşıl rəngdən və bizim azəri qeyrətimizin dərin köklərindən xəbər verən Azadlıq şüarından əl çəkməyək. Bu rəng və bu şüar bizim xalqımızın sıralarını birləşdirəcək, qəlblərimiz və istəklərimiz arasında ən yaxşı ünsiyyət vasitəsi olacaq.

3- cü sorğunun nəticəsi


Tuesday, September 24, 2013

xalqın dözümü bitib

Hərəkat bu günlər ərzində ölkədə yoxsulluğun, fəsadın və ədalətsizliyin artmasından dəfələrlə danışmış və bu halların mütləq diktatorluq və ümumi narazılıqla nəticələnəcəyini bildirmişdir. Bu gün bizim xalqımız bu həqiqətləri yaxşı dərk edir.

islahat istəyən yalnız bizik

Hökumətin təbliğatında təlqin olunanların ziddinə, xalq üçün islahat istəyən yalnız bizik.

Səfər Əbiyev: `Təəssüflər olsun ki, ABŞ...`


polis saxlama məntəqələrində və həbsxanalarda işgəncə verilməsı praktikası geniş yayılıb və davam edir.

İkinci qrup - Azərbaycan İslam Partiyasının liderləri və üzvləri:
Mövsüm Səmədov (AİP lideri);
Vaqif Abdullayev (AİP sədr müavini);
Dəyanət Səmədov;
Firdovsi Məmmədrzayev;
Ruhulla Axundzadə (AİP Astara təşkilatının sədri);
Yusif Fəxrəddin oğlu Ələkbərov (AİP Gəncə təşkilatının sədri, barəsində axtarış elan olunub);
Fəramiz Abbasov - Masallı rayonunun Hil kəndinin axundu;
Zülfüqar Mikayılzadə.

Monday, September 16, 2013

“Anonymous” hakerləri Azərbaycan hakimiyyətinə müharibə elan etdi və 23 aprel hərəkatına məktub göndərilib

Beynəlxalq hakerlər qrupu olan “Anonymous”un Azərbaycanın enerji nəhəngi “Azərenerji” ASC-nin kompüterlərinə girərək ələ keçirdiyi onlarla məxfi sənədləri aşkarlanıb.

2013 seçkiləri təhlükədə

«Beynəlxalq təşkilatlara yaradılan maneələr seçkinin leqitimliyini şübhə altına alabilər»
«Artıq proses bu istiqamətdə gedir»
Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyətin beynəlxalq aləmlə münasibətləri gərginləşməkdə davamedir.

Diktatorların oxşar və fərqli cəhətləri

Ölkə boyu heykəlləri və portretləriylə Heydər Əliyev bəzi diktatorları qabaqlayır

Tarix boyu bəzi dövlət rəhbərləri özlərinə xüsusi münasibət tələb edirdi.Qədim dövrlərdə mütləq monarxiyalarda imperator, kral, sultanlar bəzən ilahiləşdirilirdi.Müasir dövrdə də diktatorların şəxsiyyətinə pərəstiş ənənəsi aradan qalxmayıb.Bəzi dövlətlərdə hakimiyyətin atadan oğula keçməsi bütöv bir ailəyə pərəstişə gətirib çıxarır.