Monday, September 16, 2013

2013 seçkiləri təhlükədə

«Beynəlxalq təşkilatlara yaradılan maneələr seçkinin leqitimliyini şübhə altına alabilər»
«Artıq proses bu istiqamətdə gedir»
Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyətin beynəlxalq aləmlə münasibətləri gərginləşməkdə davamedir.
ABŞ-ın Milli Demokratiya Institutuna (MDI) qarşıbaşlanankampaniya, həmçinin ATƏT-in Bakı ofisinə qarşı artan təzyiqlərdə bunun görsənişidir. Bütün bunlar isə ölkədə baş verənlərə diqqəti bir qədərdə artırır. Son günlərdə ABŞ və Avropa rəsmilərininsəsləndirdiyi bəyanatlar da bunu deməyə əsasverir.
Demokratiya və beynəlxalq münasibətlər sahəsində amerikalı analitik  bildiribki, prezident seçkiləri ərəfəsində Azərbaycan hakimiyyətinin beynəlxalq müşahidəçilərə təzyiqi, ATƏT və MDI-dən imtina seçkilərin legitimliyini şübhə altına alacaq.

Amerikalı ekspertin sözlərinə görə, MDI-dənvə ATƏT-dənimtina demokratiyadan imtina deməkdir.
Azərbaycan hakimiyyəti bu mesajdan nəticə çıxarmasa, nələrlə üzləşə bilər?
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri AnarMəmmədli hakimiyyətin beynəlxalq institutlara qarşıkampaniyasını yersiz və əsassız hesab edir. Hətta problemlər olsaydı, bunu həmin qurumların nümayəndələri ilə danışıb həlletmək olardı. Hakimiyyətin əsas hədəfə seçkilərər əfəsində beynəlxalq təşkilatları,  Qərb ölkələrini zərərsizləşdirmək, onların mümkün təzyiqlərinin, çağırışlarının qarşısınıalmaq olub . Çünki Azərbaycan demokratiya sahəsində ciddi problemləri olan ölkədir.
Ekspertin sözlərinə görə, test xarakteri daşıyan seçkilərdə ən böyük məsuliyyət hakimiyyətin, seçkiləri qiymətləndirmək isə yerli və beynəlxalq təşkilatların üzərinə düşür. Seçkiər əfəsində ATƏT-in, MDI-nin fəaliyyəti ilə bağlı araşdırma aparmaq isə hakimiyyətin öz ziyanına dır: “Insan hüquqları və demokratiya ilə bağlı problemləri olan ölkədə beynəlxalq təşkilatların fəaliyyətini da yandırmaq birbaşa seçkilərlə əlaqəlidir.  Təkcə beynəlxalq təşkilatlara yaradılan maneələr deyil, yerli vətəndaş cəmiyyəti institutlarına qarşı təzyiqlər, sərbəst toplaşmaq azadlığının təmin olunmaması də seçkinin leqitimliyini şübhə altına alabilər. Artıq proses bu istiqamət də gedir”.

No comments:

Post a Comment