Wednesday, October 2, 2013

AZƏRBAYCANDA NƏ QƏDƏR YOXSUL VAR?

Azərbaycanda yoxsulluğun səviyyəsi rəsmi rəqəmlərə görə 6 faizdir. Azərbaycanda yoxsulluğun səviyyəsi barədə rəsmi rəqəmlərin “obyektivliyinə” şübhə edən müstəqil iqtisadçılar, bu sahədə alternativ ölçmələrə ehtiyac olduğunu, lakin məlumatlara çıxışları olmadığını bildirirlər.  İqtisadçı ekspert Sabit Bağırov öz açıqlamasında deyib ki, yoxsulluq məhfumu ilə bağlı dünyada müxtəlif yanaşma vardır.


"Avropada yoxsul adam o adam hesablanır ki, onun maşını, televizoru, soyuducusu, bankda pulu və s. olmasın. ABŞ-da hətta ştatların yoxsulluğa yanaşmasında da fərqlər var. Bizdə isə Dünya Bankının 2 dollar gəlir prinsipi ilə hesablanır. Yəni gündəlik gəliri 2 dollardan azdırsa sən yoxsul sayılırsan. Məsələn, Rusiyada əgər gəlirin yaşayış minimumundan aşağıdırsa sən yoxsul hesab olunursan", -deyə ekspert bildirib.

No comments:

Post a Comment