Wednesday, October 2, 2013

Ötən il ölkədə işsizlik üzrə müavinət orta hesabla 19 faiz artıb

Ötən ilin yekunlarına görə, ölkədə real işsizlik səviyyəsi 5,2 faizlə qiymətləndirili
2013-cü ilin yanvarında Azərbaycanda işsizliyə görə verilən müavinətin həcmi 2012-ci ilin yanvarın 1-i ilə müqayisədə orta hesabla 19% artaraq 190,4 manatdan 224,1 manata yüksəlib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, cari ilin ilk gününə ölkədə işsiz qismində rəsmi qeydiyyata alınan şəxslərin sayı 36,791 min nəfər olub.


2013-cü ilin yanvarın 1-ə ölkədə müavinət alan şəxslərin sayı 934 nəfər təşkil edib.Hesabat dövrünə Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı 4 688,4 min nəfər olub.
Ötən ilin yekunlarına görə, ölkədə real işsizlik səviyyəsi 5,2%-lə qiymətləndirilib.

No comments:

Post a Comment